Məhəbbət - Kənan Bərdəli

获取下载链接
歌词

作词 : Kənan Bərdəli

作曲 : Kənan Bərdəli

Bu sevən gözlər tək səni gözlər hardasan

Tükənir taqət bükülür dizlər hardasan

Sənsiz yaşamaq haramdır mənə dünyada

Uzanan əllər əlini özlər hardasan

Mənlə bərabər qocalır sevgin ay ömrüm

Göylərə yönəlir ucalır sevgin ay ömrüm

Tut əllərimdən bax gözlərimə darıxmışam

Baxışlarından güc alır sevgim ay ömrüm

Aç qollarını təbəssüm eylə gəlməyimə gəlməyimə

Sən səvəb oldun xoşbəxtliyimə gülməyimə gülməyimə

Ehtiyacım var dərdimi səninlə bölməyimə bölməyimə

Dünyada ən gözəl hissdir məhəbbət

Nazına qurban yerişinə qurban xoş gəldin

Qönçə dodağlım gülüşünə qurban xoş gəldin

Sən nəfəsimsən sən mələyimsən sevdamsan

Mübarək olsun gəlişinə qurban xoş gəldin

Sevdiyim insan tək mənə bəssən dünyada

Qəlbimə aram gətirən səssən dünyada

Səni bu həyatda özgə bir insan əvəz etməz

Sən məni xoşbəxt eliyən kəssən dünyada

Aç qollarını təbəssüm eylə gəlməyimə gəlməyimə

Sən səvəb oldun xoşbəxtliyimə gülməyimə gülməyimə

Ehtiyacım var dərdimi səninlə bölməyimə bölməyimə

Dünyada ən gözəl hissdir məhəbbət